Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qazaxıstan Xarici İşlər Nazirliyinin İnvestisiya Komitəsinin sədri Ardak Zebeshevin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti Cənubi Koreyaya işgüzar səfər edib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, səfər çərçivəsində iri şirkətlərin rəhbərləri, dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri ilə bir sıra görüşlər keçirilib.

Görüşlərdə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, Koreya kapitalının və qabaqcıl texnologiyalarının Qazaxıstana cəlb edilməsi, eləcə də ölkə iqtisadiyyatının prioritet sektorlarında birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) Beynəlxalq Əməkdaşlıq üzrə vitse-prezidenti Lee Sang-jun ilə keçirilən görüşdə Koreya şirkətlərinin Qazaxıstanda sənaye, süni intellekt, yaşıl enerji və elektrikli avtomobil istehsalı sahələrində investisiya layihələrinin həyata keçirilməsini asanlaşdıracaq tədbirlər nəzərdən keçirilib.

Koreya Xarici İnfrastruktur və Şəhər İnkişafı Korporasiyasının (KIND) rəhbərliyi ilə keçirilən danışıqlarda isə Alatau şəhərinin, Orta Dəhlizin, eləcə də nəqliyyat və logistika infrastrukturunun inkişafı sahələrində əməkdaşlıq imkanları müəyyən edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp