Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Suriyanın paytaxtı Dəməşqdə Turizm Nazirliyinin yaxınlığında baş verən və yaralanmalara səbəb olan iki partlayışı qətiyyətlə pisləyib.

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında hücumların qəbuledilməz olduğu bildirilib və qeyd olunub: "Qətər Dövləti motivi və səbəbi nə olursa olsun, zorakılığın və terrorizmin bütün formalarına qarşı qəti mövqeyini bir daha təsdiqləyir."

Bəyanatda Qətərin Suriya ilə tam həmrəylik nümayiş etdirdiyi vurğulanaraq, ölkənin təhlükəsizliyini və sabitliyini qorumağa yönəlmiş bütün tədbirlərə dəstək ifadə olunub.

Qətər Xarici İşlər Nazirliyi həmçinin yaralananlara tezliklə şəfa diləyərək bildirib: "Uca Allahdan Suriyanı hər cür şərdən və təhlükədən qorumasını diləyirik."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp