Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Dövləti husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı mülki və iqtisadi obyektləri hədəf alan hücumlarını ən sərt şəkildə pislədiyini açıqlayıb.

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında Kral Abdullah Maliyyə Mərkəzinə maddi ziyan vuran hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və beynəlxalq hüququn pozulması olduğu bildirilib. Nazirlik mülki şəxslərə qarşı yönəlmiş hərəkətlərin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

Bəyanatda Səudiyyə Ərəbistanı ilə tam həmrəylik ifadə olunub və qonşu ölkənin təhlükəsizliyinin Qətərin və Körfəz Əməkdaşlıq Şurasının kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu qeyd edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp