Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Dövləti 1997-ci il Protokolu çərçivəsində Gəmilərdən Çirklənmənin Qarşısının Alınması haqqında Beynəlxalq Konvensiyanın (MARPOL 73/78) VI Əlavəsinə qoşulma sənədini Beynəlxalq Dəniz Təşkilatına (IMO) təqdim edib.

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, sənəd təşkilatın Londondakı qərargahında Qətər Dövlətinin Birləşmiş Krallıqdakı səfiri və IMO yanında daimi nümayəndəsi Şeyx Abdullah bin Mohammed bin Saud Al-Thani ilə IMO-nun Baş katibi Arsenio Antonio Dominguez arasında keçirilən görüş zamanı təqdim olunub.

Görüşdə Qətərin VI Əlavəyə qoşulmasının əhəmiyyəti, həmçinin gəmilərdən qaynaqlanan hava çirklənməsinin azaldılması və dəniz mühitinin qorunmasının gücləndirilməsi istiqamətində beynəlxalq səylərə göstərilən dəstək müzakirə edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp