Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin yayımladığı birgə bəyanata əsasən, Qətər və Fransa arasında dördüncü Strateji Dialoq Fransa Prezidenti Emmanuel Makronun Qətərə rəsmi səfəri çərçivəsində oktyabrın 21-də Dohada keçirilib.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani və Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barronun birgə sədrliyi ilə keçirilən toplantıda iki ölkə arasındakı köklü və tarixi münasibətlər müzakirə olunub.

Nazirlər 2025-ci ilin iyun ayında keçirilmiş üçüncü Strateji Dialoqdan bəri ikitərəfli əməkdaşlıq sahələrində əldə olunan irəliləyişləri qiymətləndiriblər. Görüşdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi və ortaq prioritetlərə uyğun olaraq strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətində qətiyyət bir daha təsdiqlənib.

Birgə bəyanatda iki ölkə arasında əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlərdən məmnunluq da ifadə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp