Qətər və İndoneziya arasında əməkdaşlıq müzakirə olunub
Ciddə, 27 avqust (Hibya) - Qətərin Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Saad Al Muraikhi Ciddədə İndoneziya xarici işlər nazirinin müavini Muhammad Anis Matta ilə görüşüb.
Qətərin Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Saad Al Muraikhi İndoneziya xarici işlər nazirinin müavini Muhammad Anis Matta ilə görüşüb.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq və onun inkişaf etdirilməsi yolları müzakirə olunub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər nəzərdən keçirilib.
Azərbaycan İnformasiya Agentliyi