Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani Dohaya səfər edən İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətləri, regional hadisələr və ABŞ ilə İran arasındakı vasitəçilik səyləri müzakirə olunub. Tərəflər həmçinin regional təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə yönəlmiş diplomatik təşəbbüsləri dəyərləndiriblər.

Əl-Tani vurğulayıb ki, davam edən vasitəçilik prosesinə bütün tərəflərin konstruktiv yanaşması böhranın sülh yolu ilə həllinə və davamlı razılaşmanın əldə olunmasına töhfə verə bilər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp