Qətərin xarici işlər naziri Al Sani həmkarı şahzadə Faysal bin Fərhan ilə danışdı
Qətər Xarici İşlər Nazirliyi Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Saninin Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan ilə telefon danışığı apardığını açıqlayıb.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani regional diplomatiya gündəliyi çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan ilə telefon danışığı aparıb.
Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, danışıq zamanı iki ölkə arasındakı münasibətlər və regional diplomatik təşəbbüslər müzakirə olunub.
Bəyanatda bildirilib ki, tərəflər Pakistanın rəhbərliyi ilə ABŞ və İranın da daxil olduğu vasitəçilik səylərini qiymətləndirib, həmçinin gərginliyin azaldılması və regional təhlükəsizliklə sabitliyin dəstəklənməsi məqsədilə koordinasiya məsələlərini müzakirə ediblər.
Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani bildirib: “Dialoq və diplomatiya böhranın əsas səbəblərinin aradan qaldırılması və daha böyük eskalasiyanın qarşısını alacaq davamlı razılaşmanın əldə olunması baxımından əsas əhəmiyyət daşıyır.”
Azərbaycan İnformasiya Agentliyi