Quterreş: Əməkdaşlıq suverenliyin ən yüksək ifadəsidir
Cenevrə, 10 noyabr (Hibya) – Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Paris Sülh Forumu çərçivəsində verdiyi açıqlamada beynəlxalq hüquqa əsaslanan çoxqütblü dünya nizamının qurulmasına çağırış edib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BMT-nin ortaq qətiyyət və əməkdaşlıq ruhu əsasında yaradıldığını bildirib.
Əməkdaşlığın suverenliyin ən yüksək ifadəsi olduğunu vurğulayan Quterreş parçalanmanın getdikcə artdığı dünyada beynəlxalq hüquqa əsaslanan, şəbəkələr vasitəsilə bir-birinə bağlı çoxqütblü dünyanın qurulmasının vacibliyini qeyd edib. Quterreş gələcək nəsillərə daha təhlükəsiz dünya miras qoymağa çağırıb.
Azərbaycan İnformasiya Agentliyi