Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT Baş katibi Quterreş bildirib ki, o, Haitinin Kabare bələdiyyəsində silahlı dəstələrin qəddar hücumu nəticəsində ən azı 40 nəfərin öldürülməsi barədə xəbərləri ən qəti şəkildə pisləyir.

Qurbanların ailələrinə, Haiti xalqına və hökumətinə başsağlığı verən Quterreş deyib: “Mən Haitini sarsan zorakılıq səviyyəsindən dərin narahatam və Haiti hakimiyyətini dərhal hərtərəfli istintaq aparmağa və günahkarların ədalətə təhvil verilməsini təmin etməyə çağırıram.”

Quterreş vurğulayıb ki, ölkələr çoxmillətli Təhlükəsizlik Dəstək missiyasını gücləndirmək səylərini sürətləndirməlidirlər ki, Haiti Milli Polisinin bandit zorakılığı ilə mübarizəsinə logistika, kadr və maliyyə ilə səmərəli şəkildə kömək edə bilsinlər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp