Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Kanadanın Daşkənddəki səfiri Kristofer Duqqanı qəbul edərək iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib.

Saidov görüşdə ikitərəfli ticarətin artırılması, Kanada investisiyalarının Özbəkistan iqtisadiyyatının prioritet sahələrinə cəlb edilməsi və bu sahələrdə qabaqcıl texnologiyaların tətbiqi məsələlərinə diqqət yetirdiklərini bildirib. O, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb.

İki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsini də müzakirə etdiklərini bildirən Saidov səfir Duqqanın fəaliyyətinin Özbəkistan-Kanada münasibətlərinin daha da inkişafına töhfə verəcəyinə inandığını ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp