Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin Livanın cənubundakı hərbi əməliyyatlarının genişlənməsi ilə bağlı açıqlama verib.

Quterreş əməliyyatlar nəticəsində mülki itkilərin artdığını, təxliyə əmrlərinin isə mülki əhalinin didərgin düşməsinə və genişmiqyaslı dağıntılara səbəb olduğunu bildirib. Mülki şəxslərin və mülki obyektlərin bütün hallarda qorunmalı olduğunu vurğulayan Quterreş mülki şəxslərə qarşı hücumların qəbuledilməz olduğunu qeyd edib.

Toqquşmaların dərhal dayandırılmasına çağıran Quterreş İsrailin Livan ərazisindən geri çəkilməsini istəyib. Livan dövlətinin gücdən istifadə məsələsində yeganə səlahiyyətli tərəf olmalı olduğunu bildirən Quterreş bütün tərəfləri Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Quterreş BMT-nin zorakılığın dayandırılması, mülki şəxslərin qorunması və münaqişənin davamlı həllinin tapılması istiqamətində səyləri dəstəkləməyə davam edəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp