Rassel: Sudan bu gün dünyanın ən böyük humanitar böhranını yaşayır
Paris, 15 Aprel (Hibya) – BMT-nin Uşaq Fondu (UNICEF) İcraçı Direktoru Ketrin Rassel bildirib ki, Sudan bu gün dünyanın ən böyük humanitar böhranını yaşayır.
Ketrin Rassel Sudanda dünyanın ən böyük humanitar böhranının yaşandığını vurğulayaraq deyib: “Biz həyati əhəmiyyətli dəstəyimizi genişləndirmək üçün lazım olan ixtisasa və qətiyyətə sahibik, lakin bizə çıxış imkanı və davamlı maliyyə lazımdır. Ən çox da Sudandakı uşaqlar bu dəhşətli münaqişənin sona çatmasına ehtiyac duyurlar.”
Azərbaycan İnformasiya Agentliyi