Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Ankarada keçiriləcək NATO Zirvəsində müdafiə investisiyaları əsas prioritetlərdən biri olacaq və müttəfiqlər müdafiə xərclərini daha da artırmalıdırlar.

Zirvənin əsas mövzuları və xərcləmə hədəfləri barədə danışan Rutte deyib: "Ankarada keçiriləcək NATO Zirvəsində müdafiə investisiyaları ən vacib prioritetlərdən biridir. Bu gün və gələcəkdə Müttəfiq ərazilərinin hər qarışını müdafiə edə bilmək üçün daha çox və daha səmərəli xərcləməliyik."

Üzv ölkələrin son hərbi xərcləmə göstəricilərini bölüşən Rutte bildirib: "Müttəfiqlər həqiqətən də böyük addımlar atırlar. Son on ildə Avropadakı müttəfiqlər və Kanada müdafiəyə əlavə olaraq 1,2 trilyon ABŞ dolları xərcləyiblər. Təkcə 2025-ci ildə onlar müdafiə investisiyalarını təxminən 20 faiz artırıblar."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp