Saar: Britaniyanın addımlarına cavab verdik
Tel-Əviv, 8 oktyabr (Hibya) - İsrailin xarici işlər naziri Gideon Saar Britaniyanın İsrailə qarşı atdığı addımlara cavab olaraq Britaniya nümayəndələri və vətəndaşlarına qarşı yeni tədbirlər gördüklərini açıqlayıb.
İsrailin xarici işlər naziri Gideon Saar İsrailə qarşı addımlar atıldığı təqdirdə müvafiq cavab verilməsi prinsipinə uyğun olaraq Britaniyaya qarşı bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.
Saar Qəzzadakı beynəlxalq yardım mərkəzində çalışan Britaniya nümayəndələrinin uzaqlaşdırıldığını, Britaniyanın İordan çayının qərb sahilində Fələstin Administrasiyasının qüvvələrinə təlim keçmək fəaliyyətinin dayandırıldığını və İsrail əleyhinə fəaliyyətlərdə iştirak etdiyi bildirilən 12 britaniyalı dövlət məmuru və vətəndaşın ölkəyə girişinə qadağa qoyulduğunu qeyd edib.
Saar Britaniyanın Qüdsdəki konsulluğunun bu gün fəaliyyətini dayandırdığını və konsulluğun lövhəsinin götürüldüyünü bildirib. Bu vəziyyətə gəlib çatmaq istəmədiklərini vurğulayan Saar Britaniyadakı Leyboristlər Partiyası hökumətinin atdığı addımların onları bu qərarları qəbul etməyə vadar etdiyini söyləyib.
Azərbaycan İnformasiya Agentliyi