Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-ın paytaxtı Vaşinqtonda Latviyanın xarici işlər naziri Baiba Braže ilə görüşdüyünü açıqlayıb.

Saar bildirib ki, görüşdə İsrail ilə Latviya arasındakı dostluq və tərəfdaşlıq müzakirə olunub, tərəflər müxtəlif regional və beynəlxalq məsələlər barədə açıq fikir mübadiləsi aparıblar.

İsrailin Yaxın Şərqdə yeganə demokratiya olduğunu deyən Saar vurğulayıb ki, ölkəsi azadlıq, demokratiya və təhlükəsizlik kimi ortaq dəyərlərin qorunmasında mühüm tərəfdaş olaraq qalmağa davam edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp