Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının sədr müavini Kaja Kallas ilə telefonla danışıb.

Nazir Saar danışıq barədə belə deyib: "Kaja Kallas-a Qəzzadakı vəziyyətlə bağlı yenilənmiş məlumat verdim. HƏMAS Qəzzaya daxil olan humanitar yardımlardan öz müharibə maşınını gücləndirmək üçün istifadə edib. Əgər Fələstin İslam Hərəkatı yardımı xalqdan oğurlamağa və bundan pul qazanmağa davam edərsə, bu müharibə sonsuzadək davam edəcək. Bu səbəbdən İsrail malların daxil olmasını asanlaşdırma üsulunu dəyişdirməlidir. Beynəlxalq ictimaiyyət və humanitar yardımın HƏMAS-a deyil, mülki əhaliyə çatmasını istəyən hər bir ölkə İsrailin səylərini dəstəkləməli, mane olmamalıdır!"

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp