Sağçı Azadlıq Partiyası Avstriya seçkilərində birinci oldu
Vyana, 30 Sentyabr (Hibya) – Dünən Avstriyada keçirilən parlament seçkilərində, son nəticələrə görə sağçı Azadlıq Partiyası birinci yeri tutdu.
Azadlıq Partiyası səslərin 28,8%-ni toplayaraq, mərkəz-sağ Xalq Partiyasını (ÖVP) 26,3%-lə geridə qoydu.
Azadlıq Partiyası (FPÖ) miqrasiya və artan həyat xərclərinə qarşı xalqın qəzəbini arxasına alaraq Xalq Partiyasını (ÖVP) məğlub etdi və bununla da nasist dövründən bəri ilk dəfə Avstriyada keçirilən seçkidə sağçı partiya ən çox səs topladı.
Qeyri-rəsmi nəticələrə görə, Kremlin tərəfdarı və İslam əleyhdarı olan FPÖ səslərin 28,8%-ni alaraq, kansler Karl Nehammerin rəhbərlik etdiyi ÖVP-ni 26,3% ilə ikinci yerə saldı.
Müxalifətdəki Sosial Demokrat Partiyası indiyə qədərki ən pis nəticəni əldə edərək 21,1%, liberal NEOS isə təxminən 9% səs topladı. Bu ay Boris Fırtınası nəticəsində baş verən sel fəlakətinə baxmayaraq, hökumət koalisiyasının kiçik ortağı olan Yaşıllar partiyası 8,3% səs toplayaraq beşinci yeri tutdu.
Azərbaycan İnformasiya Agentliyi