Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriya Prezident Administrasiyası Prezident Əhməd Şaraanın Dəməşqdəki Xalq Sarayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Brahim Salih və onu müşayiət edən nümayəndə heyətini qəbul etdiyini açıqlayıb.

Suriya Prezident Administrasiyasının açıqlamasına görə, görüşdə Suriyanın xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əsəd əş-Şeybani də iştirak edib.

Görüşdə Suriya ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş işlər müzakirə olunub.

Toplantıda həmçinin qaçqınların könüllü və təhlükəsiz şəkildə ölkələrinə qayıdışının dəstəklənməsinə yönəlmiş səylər, eləcə də yaşayış imkanlarının inkişaf etdirilməsi və erkən bərpa layihələri qiymətləndirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp