Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha Oleşki şəhərində mülki əhalinin ağır şəraitdə həyatda qalmaq uğrunda mübarizə apardığını bildirərək beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb.

Sıbiha şəhərdən çıxışı təmin edən yeganə yolun minalandığını və hücum pilotsuz uçuş aparatları tərəfindən izlənildiyini, yaxınlıqdakı çayın da minalandığını və qaçmağa çalışan mülki şəxslərin ölüm təhlükəsi ilə üzləşdiyini bildirib. O, xəstəxanada dərmanların tükəndiyini qeyd edərək küçələrdə və evlərdə çoxlu sayda meyitin olduğunu, Rusiya qüvvələrinin isə onların dəfn edilməsinə icazə vermədiyini iddia edib.

Sıbiha mülki şəxslərin bağlarda qalan tərəvəzlər, konservləşdirilmiş qidalar və ilbizlərlə həyatda qalmağa çalışdıqlarını bildirib. O, həmçinin Rusiya əsgərlərinin bəzi sakinlərin ərzaqlarını ələ keçirmək üçün onları silahla hədələdiyinə dair ifadələri də çatdırıb.

Ukraynanın təhlükəsiz təxliyə və beynəlxalq humanitar yardımın çatdırılması üçün dəfələrlə çağırış etdiyini vurğulayan Sıbiha BMT-ni, Beynəlxalq Qızıl Xaç Komitəsini və digər tərəfdaşları təhlükəsiz təxliyə dəhlizlərinin yaradılması və təcili humanitar yardımın çatdırılması üçün hərəkətə keçməyə çağırıb.

Sıbiha həmçinin Oleşkiyə humanitar yardımın çatdırılmasına imkan yaratmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə atəşkəs çağırışı etdiyi üçün Papa XIV Leoya təşəkkür edib. O, mülki şəxslərin yalnız narahatlıq ifadə edən bəyanatlara deyil, konkret addımlara və təhlükəsiz çıxış yoluna ehtiyac duyduqlarını vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp