Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə Avropanın sabahkı gündəliyini və Rusiyaya təzyiqi artırmaq üçün atıla biləcək addımları müzakirə edib.

Bir neçə saat əvvəl Rusiyanın Xarkovdakı CHP-5 elektrik stansiyasına hücumu barədə almaniyalı həmkarını məlumatlandırdığını bildirən Sıbiha deyib: “Rusiya enerji atəşkəsini elan olunan kimi pozdu”.

Rusiyanın enerji infrastrukturuna hücumlarını dayandıracağı halda Ukraynanın tammiqyaslı enerji atəşkəsinə hazır olduğunu vurğulayan Sıbiha Rusiya hücumlarına qarşı Ukraynaya əlavə hərbi yardım paketlərinin verilməsinə, Avropa İttifaqına üzvlük danışıqları üzrə fəsillərin açılmasına və dondurulmuş Rusiya aktivlərindən tam istifadə edilməsinə çağırıb.

Sıbiha Ukraynaya göstərdiyi dəstəyə və liderliyə görə Almaniyaya təşəkkür edərək, enerji sahəsində əməkdaşlıq, birgə müdafiə istehsalı və Almaniya şirkətlərinin yenidənqurma layihələrinə çıxışının Almaniya iqtisadiyyatına da konkret faydalar verdiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp