Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı xəbərdə bildirilir ki, “əgər Amerikanın nökərləri Rusiyaya qarşı hərbi hücum niyyətlərindən əl çəkməsələr, Pxenyanın cavabı ilə üzləşəcəklər”.

Kim Çen In bildirib: “Koreya-Rusiya müqaviləsinin maddələrinə və ruhuna uyğun olaraq, düşmənlər tərəfindən ediləcək silahlı hücumun qarşısını almaq üçün Koreya Xalq Demokratik Respublikasının silahlı qüvvələrinin istifadə olunması əmrini tərəddüd etmədən və məmnuniyyətlə verəcəyəm.”

Rusiya Prezidenti Vladimir Putin Kursk bölgəsini işğal etmiş Ukrayna ordusuna qarşı döyüşlərdə iştirak edən Koreya Xalq Ordusu bölmələrinə təşəkkürünü bildirərək qeyd edib ki, onlar vəzifələrini şərəf və cəsarətlə yerinə yetiriblər və solmayan bir şöhrət qazanıblar. O həmçinin “KXDR Prezidenti Kim Çen In-a, bu ölkənin bütün rəhbərliyinə və xalqına səmimi minnətdarlığını” ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp