Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan xarici işlər nazirinin müavini və köməkçisi vəzifələrini icra edən pakistanlı rəsmisinin dəvəti ilə oktyabrın 30-da İslamabada rəsmi səfər edəcək.

Qeyd olunub ki, səfər Pakistan ilə Sinqapur arasında diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünə təsadüf edir. Sinqapurun 2027-ci ildə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) rotasiya qaydasında sədrlik edəcək olması baxımından da səfər xüsusi əhəmiyyət daşıyır.

Açıqlamaya əsasən, səfər çərçivəsində Pakistanın xarici işlər naziri İshaq Dar ilə Balakrişnan arasında ikitərəfli danışıqlar keçiriləcək. Görüşlərdə Pakistan-Sinqapur münasibətlərinin bütün aspektlərinin müzakirə olunması, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər zamanı Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Qurumuyla Sinqapurun Mülki Müdafiə Qüvvələri arasında anlaşma memorandumunun imzalanması da nəzərdə tutulur. Balakrişnanın, həmçinin Pakistan rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir.

Pakistan Xarici İşlər Nazirliyi iki ölkə arasındakı münasibətlərin qarşılıqlı etimad, dostluq və ortaq maraqlar əsasında inkişaf etdiyini vurğulayaraq, səfərin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və şaxələndirilməsi üçün imkan yaradacağını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp