Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Darfurun dağlıq bölgələrinə nəzarət edən üsyançı qrup – Sudan Azadlıq Hərəkatı (SLM) Marra Dağlarında yerləşən Tarasin adlı dağ kəndinin torpaq sürüşməsi nəticəsində tamamilə məhv olduğunu və fəlakətdən yalnız bir nəfərin sağ qaldığını bildirib.

SLM fəlakətlə bağlı açıqlamasında deyib: "İlkin məlumata görə, sayı min nəfəri ötən bütün kəndlilər həyatını itirib və yalnız bir nəfər sağ qalıb".

Hərəkat əlavə edib ki, sürüşmə sidr ağacları ilə məşhur bölgənin bəzi yerlərini dağıdıb. Palçıq və qaya altında qalan ölülərin qalıqlarını çıxarmaq üçün Birləşmiş Millətlər və digər yardım təşkilatlarına çağırış edib.

Darfur vilayətinin valisi Minni Minnavi sürüşməni "region sərhədlərini aşan humanitar faciə" adlandırıb. O həmçinin beynəlxalq humanitar təşkilatları bölgə sakinlərinə yardım etməyə çağırıb.

Sudanda davam edən vətəndaş müharibəsinə görə Darfurun böyük hissəsi yardım təşkilatları üçün qapalıdır. RSF üsyançı ordusu bölgənin böyük hissəsinə nəzarət edir və Şimal Darfurun paytaxtı Əl-Fəşirə hücum başlayıb. Sudan Azadlıq Hərəkatı isə RSF-yə qarşı Sudan hökumət ordusu ilə ittifaq halındadır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp