Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Memorandum Azərbaycanın paytaxtı Bakı şəhərində Suriya Xarici İşlər və Mühacirlər Nazirliyinin Diplomatik İnstitutunun direktoru Yaser əl-Cündi ilə Azərbaycan İnkişaf və Diplomatiya İnstitutunu təmsil edən Fəriz İsmayılzadə arasında imzalanıb.

Bildirilib ki, memorandum iki qurum arasında diplomatiya və beynəlxalq münasibətlər sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsi, institusional dialoqun gücləndirilməsi və təcrübə mübadiləsinin artırılmasını hədəfləyir.

Sənəd çərçivəsində potensialın inkişafı proqramlarının, diplomatik təlim fəaliyyətlərinin və elmi tədqiqatların dəstəklənməsinə yönəlmiş işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Tərəflərin həmçinin diplomatiya sahəsində bilik və təcrübə mübadiləsini artıracaq birgə layihələr üzərində əməkdaşlıq edəcəyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp