Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriya Prezidenti Əhməd əş-Şaraa İraq Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzani və onu müşayiət edən nümayəndə heyətini Dəməşqdə qəbul edərək ikitərəfli münasibətləri və regional prosesləri müzakirə edib.

Suriya Prezident Administrasiyasının açıqlamasına görə, görüş Dəməşqdəki Xalq Sarayında keçirilib.

Görüşdə Suriyanın xarici işlər və mühacirlər naziri Əsəd əş-Şeybani də iştirak edib.

Danışıqlar zamanı Suriya ilə İraq Kürdüstan Regionu arasında münasibətlərin inkişaf etdirilməsi, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflərin xüsusilə iqtisadi sahədə əməkdaşlıq imkanlarına diqqət yetirdiyi bildirilib.

Görüşdə həmçinin regiondakı son hadisələr və qarşılıqlı maraq doğuran müxtəlif məsələlər müzakirə olunub, təhlükəsizlik və sabitliyin dəstəklənməsinə, eləcə də regional əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək addımlar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp