Tramp APEC Liderlər Görüşündə iştirak etmək üçün Çinə gedib
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (APEC) 33-cü İqtisadi Liderlər Görüşündə iştirak etmək üçün çərşənbə günü Çinin Quandun əyalətində yerləşən Şençjen şəhərinə gəlib.

Şençjen Baoan Beynəlxalq Hava Limanında Tramp üçün qarşılama mərasimi təşkil olunub.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Tramp APEC görüşü ilə yanaşı, cümə axşamı Şençjendə keçiriləcək üçtərəfli liderlər sammitində də iştirak edəcək. Sammitdə Çin, Rusiya və ABŞ liderlərinin qlobal sülhlə bağlı mühüm məsələləri geniş şəkildə müzakirə edəcəkləri gözlənilir.
Azərbaycan İnformasiya Agentliyi