Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

33 səhifəlik iddia ərizəsində Trampın vəkilləri Mayamidəki federal məhkəmədə münsiflər məhkəməsi tələb ediblər və 2024-cü il prezident seçkilərindən bir həftə əvvəl yayımlanan BBC sənədli filminin “Prezident Trampın əleyhinə seçki nəticələrinə müdaxilə etmək və təsir göstərmək üçün cəsarətli cəhd” olduğunu bildiriblər.

Trampın vəkilləri iddia ediblər ki, BBC Vaşinqtondakı Ellipse meydanında tərəfdarlarına etdiyi çıxışın bəzi hissələrini qəsdən birləşdirib, o cümlədən çıxışın əvvəlində onları Kapitoliya doğru yürüşə çağırdığı hissəni və təxminən 55 dəqiqə sonra “cəhənnəm kimi mübarizə aparın” dediyi hissəni.

İddiada sənədli filmin yanıltıcı olduğu vurğulanıb, çünki Trampın tərəfdarlarını dinc etirazlara təşviq etdiyi sözlərə yer verilməyib. Tramp demişdi: “Bilirəm ki, burada olan hər kəs tezliklə Kapitoliya binasına doğru yürüyərək səsini dinc və vətənpərvər şəkildə çatdıracaq.”

BBC bazar ertəsi axşamı şərh sorğusuna dərhal cavab verməyib.

BBC-ni təmsil edən vəkil Çarlz B. Tobin bazar ertəsi təqdim edilən müraciətdə və ötən ay Trampın vəkillərinə göndərdiyi məktubda “müştərimizin heç kəsi aldatmaq niyyəti olmayıb” deyə bildirib və BBC-nin açıq peşmanlıq ifadəsi, Trampa elektron poçtla göndərilmiş şəxsi üzrxahlıq və onlayn yayımlanan geri çəkilmə bəyanatı təklif etdiyini qeyd edib.

BBC sədri Samir Şah daha əvvəl sənədli filmin montajının Trampın “birbaşa zorakılıq çağırışı etdiyi” təəssüratını “səhv şəkildə yaratdığını” etiraf etmiş və “bu mühakimə səhvinə” görə üzr istəmişdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp