Tramp: Bütün seçki yarışlarında Respublikaçılara səs verin
Vaşinqton, 29 oktyabr (Hibya) - ABŞ Prezidenti Donald Tramp Kentukki ştatında əyani erkən səsvermənin başlanması münasibətilə seçicilərə müraciət edib. Respublikaçılara dəstək istəyən Tramp poçt vasitəsilə səs verəcək seçiciləri bülletenlərini dərhal göndərməyə, digər seçiciləri isə seçki məntəqələrinə gedərək səs verməyə çağırıb.
Tramp mesajında əyani erkən səsvermənin başladığını bildirərək deyib: “Əgər poçtla səsvermə bülleteniniz varsa, onu dərhal geri göndərin. Yoxdursa, dərhal seçki məntəqələrinə gedin və tanıdığınız hər kəsi bülletendəki bütün seçki yarışlarında Respublikaçılara səs verməyə çağırın.”
Respublikaçıların seçkilərdə yüksək fəallıq göstərməli olduğunu vurğulayan Tramp deyib: “İstər erkən, istər qiyabi, istər poçtla, istərsə də şəxsən səs verin, Respublikaçılar kütləvi seçici fəallığı ilə Radikal Sol Demokratları geridə qoymalıdırlar.” Kentukkidə əyani erkən səsvermənin 31 oktyabra qədər davam edəcəyini bildirən Tramp seçicilərə “Bu çox vacibdir, xahiş edirəm, gedin və səs verin” çağırışı edib. Tramp mesajını “MAGA!” şüarı ilə tamamlayıb.
Azərbaycan İnformasiya Agentliyi