Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp Corciya və Cənubi Karolina ştatlarında erkən səsvermə prosesinin başlaması ilə bağlı sosial media hesabında açıqlama verib. Tramp respublikaçı seçiciləri erkən səs verməyə və seçkilərdə partiyalarının namizədlərini dəstəkləməyə çağırıb.

Donald Tramp poçt vasitəsilə səs verəcək seçicilərə də müraciət edərək səsvermə bülletenlərini vaxt itirmədən təqdim etmələrini istəyib. Tramp bildirib: “Elə indi səs verin və tanıdığınız hər kəsə hər seçki yarışında, bülletendəki bütün vəzifələr üzrə Respublikaçılara səs vermələrini söyləyin”.

Tramp erkən səsvermə, poçt vasitəsilə səsvermə və ya seçki məntəqələrində şəxsən səsvermə daxil olmaqla bütün variantlarda Respublikaçıların yüksək iştirak təmin etməli olduğunu vurğulayıb. ABŞ Prezidenti Tramp Corciyada seçicilərin 30 oktyabra, Cənubi Karolinada isə 31 oktyabra qədər şəxsən erkən səs verə biləcəklərini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp