Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Belçikanın xarici işlər naziri Maksim Prevo ədliyyə naziri Annelis Verlinden ilə birlikdə Brüsseldə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri Tomoko Akane ilə görüşüb. Prevo görüş zamanı Belçikanın məhkəməyə dəstəyini bir daha təsdiqlədiklərini və qurumun müstəqilliyinin qorunmasının vacibliyini vurğulayıb.

Məhkəmənin müstəqilliyinin və fəaliyyətini davam etdirmək imkanlarının təzyiq altında olduğu bir dövrdə dəstəyin yalnız sözlərlə məhdudlaşmamalı olduğunu bildirən Prevo deyib: “Belçika Məhkəmənin müstəqilliyini, əməkdaşlarını və ədaləti təmin etmək imkanlarını qoruyacaq konkret tədbirlər görmək üçün Məhkəmənin digər tərəfdaşları ilə işləməyə davam edəcək.”

Prevo Beynəlxalq Cinayət Məhkəməsinin öz missiyasını hədə-qorxu və müdaxilə olmadan yerinə yetirə bilməli olduğunu vurğulayaraq Belçikanın məhkəmənin fəaliyyətinə dəstəyini davam etdirəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp