Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tramp aprel ayında ağır psixi xəstəliklərin müalicəsini sürətləndirmək məqsədilə prezident sərəncamı imzaladığını xatırladaraq deyib: “Psixodelik dərmanlar, xüsusilə iboqain, burada Oval kabinetdə olan bir çox veteranımıza və əsl amerikalı qəhrəmanlarımıza kömək edib.”

Tramp bildirib ki, Mayami Universiteti 1994-cü ilə aid iboqain üzrə tədqiqat məqsədli yeni dərman müraciətini federal hökumətə təqdim edib və bunun iboqainin ABŞ-da tibbi müalicə kimi hazırlanmasını sürətləndirəcəyini qeyd edib.

Tramp deyib: “Ağır psixi xəstəliklərdən əziyyət çəkən veteranlarımızın ABŞ-da bu müalicəni sınamaq hüququna malik olması üçün sürətlə irəliləyirik.” O, veteranların bu cür müalicələrə layiq olduğunu da bildirib və daha çox şirkət və qurumu işlərə qoşulmağa çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp