Tramp Meksikanı gömrük tarifələrini artırmaqla hədələdi
Vaşinqton, 12 noyabr (Hibya) - Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Meksika üzərindən ABŞ-yə doğru hərəkət etdiyini iddia etdiyi miqrant karvanlarının dayandırılmayacağı təqdirdə Meksikaya tətbiq olunan gömrük rüsumlarını dərhal ikiqat artıracağını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada Meksika üzərindən ABŞ-yə doğru hərəkət etdiyini bildirdiyi miqrant karvanları barədə danışıb.
Respublikaçıların aralıq seçkilərdə itkilər verməsindən sonra miqrant karvanlarının yenidən formalaşmağa başladığını iddia edən Tramp Meksika hökumətinə çağırış edib.
Tramp Meksikanın həmin karvanları dayandırmayacağı təqdirdə ölkəyə tətbiq olunan gömrük rüsumlarını dərhal ikiqat artıracağını bildirib. O, həmçinin ABŞ Sərhəd Patrul Xidməti və İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) məsələ ilə bağlı məlumatlandırıldığını qeyd edərək bu mövzuda heç bir güzəştə gedilməyəcəyini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi