Tramp Nyu York mitinqində məşhurları topladı
Nyu York, 28 Oktyabr (Hibya) - ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünən gecə Nyu Yorkdakı Madison Square Garden arenada 20 min tamaşaçı qarşısında məşhur qonaqlarla səhnəyə çıxdı.
Tramp, Nyu Yorkdakı Madison Square Garden mitinqində 80 dəqiqəlik nitqi ilə çıxış edərək siyasi rəqiblərini tənqid etdi və immiqrantlara hücum etdi.
Komik Tonni Hinçklifin çıxışı, Dr. Fil, Halk Hoqan və İlon Maskın iştirakı ilə başladı.
Tonni Hinçklif deyib: “Okeanda üzən zibil adası var və adının Puerto Riko olduğunu düşünürəm.”
İlon Mask iqtisadiyyat və ABŞ-ın vergilərindən danışıb və Trampın administrasiyasında bürokratiyanın azaldılmasını vəd edib.
Tramp, Melaniya ilə birlikdə “God Bless America” mahnısı ilə səhnəyə çıxıb və iqtisadiyyat, miqrasiya və rəqibi Kamala Harris haqqında danışıb.
Tramp, ABŞ vətəndaşını öldürən hər hansı bir miqrant üçün ölüm cəzası tələb etdi.
Azərbaycan İnformasiya Agentliyi