Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Tramp bildirib ki, Ukraynanın Rusiyanın dayanmış təyyarələrinə hücumu və hər iki tərəfin həyata keçirdiyi digər hücumları müzakirə ediblər. "Bu yaxşı bir söhbət idi, amma dərhal sülhə aparacaq bir söhbət deyildi," deyə o bildirib. Prezident Putin hava limanlarına edilən son hücumlara cavab verməli olduğunu açıq şəkildə ifadə edib. Onlar həmçinin İran məsələsini də müzakirə ediblər.

Tramp vurğulayıb ki, İranın nüvə silahları ilə bağlı qərar verməsi üçün vaxtı bitmək üzrədir və bu qərar təcili olaraq verilməlidir. “Prezident Putinə dedim ki, İran nüvə silahına sahib olmamalıdır və bu məsələdə eyni fikirdə olduğumuzu düşünürəm. Putin, İranla aparılacaq danışıqlarda iştirak edə biləcəyini və bu prosesin sürətlə nəticələnməsinə kömək edə biləcəyini dedi. Məncə, İran bu son dərəcə vacib mövzuda qərar verməkdə tərəddüd edir və çox qısa müddət ərzində qəti bir cavab almalıyıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp