Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniya xarici işlər naziri Margus Tsahkna bir neçə ay əvvəl Bakıya səfəri zamanı verdiyi mesajı genişləndirərək hökumətin Bakıda səfirlik açmaq qərarını rəsmi şəkildə açıqladı.

Tsahkna bu qərarı bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında bölüşdü. O, Azərbaycanın Cənubi Qafqaz bölgəsində Estoniya üçün mühüm tərəfdaş olduğunu qeyd etdi.

Estoniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmək istəklərini vurğulayan Tsahkna, səfirliyin açılmasının münasibətləri gücləndirmək və praktiki əməkdaşlığı dərinləşdirmək üçün daha yaxşı imkanlar yaradacağını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp