Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial media hesabında paylaşım edərək Estoniya Prezidenti Alar Karis ilə işgüzar görüş keçirdiyini açıqlayıb.

Tsahkna görüş zamanı Rusiyanın Ukraynaya qarşı davam edən hücumlarını, Moskvaya təzyiqin artırılması və Ukraynaya dəstəyin gücləndirilməsi yollarını müzakirə etdiklərini bildirib. O, həmçinin Estoniyanın təhlükəsizliyinin gücləndirilməsi və 2027-ci ildə Avropa İttifaqı Şurasına sədrliyə Tallinn şəhərində aparılacaq hazırlıqların da müzakirə olunduğunu qeyd edib.

Estoniya Prezidentinin ölkənin xarici siyasətinin formalaşdırılmasında və beynəlxalq səviyyədə təmsil olunmasında mühüm rol oynadığını vurğulayan Tsahkna deyib: “Biz birlikdə Estoniyanın təhlükəsizliyi, beynəlxalq aləmdə tanınması və rifahı üçün çalışırıq”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp