Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edərək Avropa Şurasının iclasında iştirak etmək və tərəfdaşları ilə görüşlər keçirmək üçün komandası ilə birlikdə Brüsselə gəldiyini açıqlayıb.

Zelenski gün ərzində NATO-nun Baş katibi Mark Rutte, Fransa Prezidenti Emmanuel Makron, həmçinin Polşa, Danimarka və Belçikanın baş nazirləri ilə görüşəcəyini bildirib. O, Belçika Kralı Filipp ilə də bir araya gələcəyini, ertəsi gün isə Avropa Şurası və Avropa Komissiyasının prezidentləri, eləcə də Macarıstan, Finlandiya və İsveçin baş nazirləri ilə danışıqlar aparacağını qeyd edib.

Zelenski Avropa ölkələrinin müharibənin başa çatmasını istədiyini bildirərək, bunun üçün Rusiyaya təzyiqin artırılmasının və Ukraynaya daha çox müdafiə dəstəyinin göstərilməsinin vacibliyini vurğulayıb.

Zelenski “İndi insanların həyatını qorumaq üçün birlikdə hərəkət etmək xüsusilə vacibdir” deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp