Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nazirliyin sosial media hesabında yayımlanan açıqlamada sovet hakimiyyət orqanlarının ukraynalıların taxıl və ərzaq ehtiyatlarını qəsdən müsadirə etdiyi, müqaviməti zorakılıqla yatırdığı və kəndlilərin ərzaq axtarmasına mane olduğu bildirilib. Açıqlamada sovet rəhbərliyinin aclığı gizlətdiyi, baş verənləri inkar etdiyi və beynəlxalq yardımdan imtina etdiyi qeyd olunub.

Holodomorun Ukrayna xalqını məhv etmək və sovet hakimiyyətinə qarşı müqaviməti yatırmaq məqsədi daşıdığı vurğulanan açıqlamada faciənin milyonlarla insanın ölümünə və nəsillər boyu davam edən travmalara səbəb olduğu bildirilib.

Ukrayna Xarici İşlər Nazirliyi açıqlamasında Holodomor faciəsində həyatını itirən bütün qurbanların xatirəsini ehtiramla yad edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp