Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Varsen Ağabekyan noyabrın 26-da Barselonada keçirilən, Aralıq Dənizi Naminə İttifaqın strateji rolunun gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli toplantıda iştirak edib. Fələstin Xarici İşlər Nazirliyi sosial media hesabında etdiyi paylaşımda toplantının Aralıq Dənizi Naminə İttifaqın fəaliyyətinin gücləndirilməsi və regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirildiyini bildirib.

Ağabekyan Aralıq Dənizi Naminə İttifaqın dialoqun, tərəfdaşlığın və regional inteqrasiyanın gücləndirilməsi baxımından strateji platforma olduğunu qeyd edib. Nazir region ölkələri arasında etimadın artırılmasının, tərəfdaşlıq prinsiplərinin möhkəmləndirilməsinin və ortaq məsuliyyət anlayışının inkişaf etdirilməsinin vacibliyini bildirib.

Toplantıda Fələstinin Aralıq Dənizi Naminə İttifaqın fəaliyyətində iştirakının və birgə təşəbbüslərdə rolunun artırılmasına dair təkliflərini təqdim edən Ağabekyan Fələstinin mövcud iş planı çərçivəsində təxminən 20 təşəbbüsə maraq göstərdiyini bildirib. Ağabekyan həmçinin Fələstinin tam və səmərəli iştirakının təmin edilməsinin, üzləşdiyi müstəsna şəraitin və İsrailin tətbiq etdiyi məhdudiyyətlərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Ağabekyan İsrail işğalının davam etməsi və Fələstin xalqının hüquqlarının pozulması səbəbindən regional əməkdaşlığın öz məqsədlərinə çata bilməyəcəyini bildirib. Beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə riayət edilməsinin vacibliyini qeyd edən nazir İsrailin Fələstin ərazilərindəki qanunsuz məskunlaşma fəaliyyətlərinə dəstək göstərilməməsinə çağırıb.

Fələstinin təhsil, elmi tədqiqat, mədəni irs və akademik əməkdaşlıq sahələrindəki təcrübəsini Aralıq Dənizi Naminə İttifaqın strateji baxışına töhfə vermək məqsədilə bölüşməyə hazır olduğunu bildirən Ağabekyan tərəfdaşlığın və bilik mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Ağabekyan Fələstinin Aralıq Dənizi Naminə İttifaqla əməkdaşlığı davam etdirməkdə və birgə proqramlarda iştirakını gücləndirməkdə qərarlı olduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp