Ukrayna: Rusiya Zaporijyaya hücumunda 13 nəfər ölüb
Kiyev, 9 yanvar (Hibya) – Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Zaporijyaya hücumunda 13 nəfərin öldüyünü, 113 nəfərin yaralandığını bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında Rusiyanın Zaporijyaya hücumunda 13 nəfərin, o cümlədən 2011-ci il təvəllüdlü bir qız uşağının öldüyü, 113 nəfərin yaralandığı bildirilib.
Açıqlamada tramvay, inzibati binalar və yaşayış binasının zərər gördüyü və təcili xilasetmə əməliyyatlarının başa çatdığı qeyd edilib.
Hücum unudulmayacaq dəhşət və bağışlanmaz cinayət kimi xarakterizə olunub, əlavə edilib: “Zəiflik dili Rusiyaya yalnız üstünlük verir və soyqırımını davam etdirməsinə imkan yaradır.”
Azərbaycan İnformasiya Agentliyi