Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyi 14 mart Ukrayna Hərbi Könüllülər Günü münasibətilə mesaj yayımladı.

Mesajda bildirilir ki, könüllülük hərəkatı Ukrayna cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir:

"14 martda biz Ukrayna Hərbi Könüllülər Gününü qeyd edirik. Bu gün, 2014-cü ildə Ukraynanın suverenliyini qorumaq üçün ilk könüllü batalyonlarını quran cəsur kişilərə və qadınlara hörmət əlaməti olaraq təsis olunub. Ukraynalı hərbi könüllülər arasında müxtəlif yaş qruplarından, müxtəlif peşə və təhsil sahələrindən olan, hərbi təcrübəsi olmadan bu qərarı qəbul edən insanlar var. Rusiyanın işğalçı müharibəsi qarşısında yüz minlərlə Ukraynalı öz ölkəsini müdafiə etmək üçün hərəkətə keçdi. Onların fədakarlığı Ukraynanın gələcəyini formalaşdırmağa davam edir."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp