Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın cənubundakı cəbhə xəttinin böyük bir hissəsini əhatə edən atəşkəsin Oleşki şəhərinə giriş imkanını təmin etmək məqsədilə oktyabrın 27-də qüvvəyə mindiyi bildirilib.

Noyabrın 1-i saat 22:59-dək qüvvədə qalacaq atəşkəsin məqsədinin Oleşkidə hələ də qalan mülki şəxslərə humanitar yardımın çatdırılmasını təmin etmək və onların bölgədən təhlükəsiz şəkildə təxliyəsinə hazırlıq görmək olduğu qeyd edilib.

Oleşki üçün aylardır yardım çağırışları etdiklərini bildirən Ukraynanın xarici işlər naziri Andriy Sıbiha məsələ ilə bağlı deyib: "Aylardır dünyaya Oleşkidə aclıq çəkən insanlar haqqında danışırdıq. Dövlətlərə, beynəlxalq təşkilatlara, dünya liderlərinə və nüfuzlu dini xadimlərə müraciət etdik. Bu mühüm işə verdiyi töhfəyə və göstərdiyi liderliyə görə ABŞ-nin birinci xanımı Melaniya Trampa minnətdarıq."

Sıbiha həmçinin bildirib ki, bu təşəbbüs Oleşkidə nəticə verərsə, sülh prosesi çərçivəsində yeni addımların atılmasına yol aça bilər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp