Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə məhsuldar görüş keçirdiyini bildirib.

Sıbiha Rusiyanın son dövrlərdə Ukraynanın enerji infrastrukturuna qarşı intensivləşən hücumlarının nəticələri barədə Vadefula məlumat verdiyini, bu hücumların qışın ortasında bir çox yaşayış məntəqəsini işıqsız, istiliksiz və susuz qoyduğunu qeyd edib.

Almaniyanın Ukraynaya müdafiədən enerji və humanitar yardıma qədər genişmiqyaslı dəstək göstərməsindəki liderliyini yüksək qiymətləndirdiklərini vurğulayan Sıbiha bunları deyib:

“Sülh prosesindəki son inkişafları, Ukraynanın müdafiə imkanlarını, hava hücumundan müdafiəni və enerji dayanıqlığını gücləndirməyə yönəlmiş təcili addımları müzakirə etdik. Aİ-nin güclü 20-ci sanksiya paketinin zəruriliyini vurğuladım. Təcavüzkar üçün müharibənin dəyərini artırmaq və Rusiyanın gizli donanmasına qarşı sanksiya tədbirlərinin effektivliyini gücləndirmək mövzusunda prinsipial mövqeyinə görə Almaniyaya minnətdaram.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp