Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Livandakı fəaliyyətləri ilə bağlı açıqlama yayıb.

UNESCO ölkədə 1,6 milyon şagirdi dəstəklədiyini, mədəni irs obyektlərinin qorunmasını gücləndirdiyini və maarifləndirmə kampaniyaları vasitəsilə dezinformasiya ilə mübarizə apardığını bildirib.

Açıqlamada qeyd olunub ki, Livanda davam edən böhran səbəbindən təxminən 500 min uşaq məktəbə gedə bilmir, bəzi irs obyektləri zərər görüb və jurnalistlər həyatını itirib.

Təşkilat artan dezinformasiya ilə mübarizənin vacibliyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp