ÜST: İqlim dəyişikliyi insan sağlamlığını təhdid edir
Cenevrə, 9 noyabr (Hibya) - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iqlim dəyişikliyinin qidalanma çatışmazlığını, psixi sağlamlıq problemlərini və xəstəliklərin artmasını daha da ağırlaşdırdığını, iqlimlə bağlı tədbirlərin isə sağlamlığı yaxşılaşdıraraq insanların həyatını xilas edə biləcəyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında iqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirlərinə diqqət çəkilib. Qidalanma çatışmazlığının, psixi sağlamlıq risklərinin və xəstəliklərin artmasının iqlim dəyişikliyi səbəbindən daha da ağırlaşdığı qeyd edilib.
Açıqlamada iqlim dəyişikliyinə ən az töhfə verən icmaların, sağlamlıq riskləri də daxil olmaqla, onun təsirlərinin ən ağır yükünü daşıdığı vurğulanıb. Təmiz havaya, təmiz enerjiyə və dayanıqlı nəqliyyata investisiya qoyuluşunun həm planetin, həm də insan sağlamlığının qorunmasına töhfə verəcəyi bildirilib.
Azərbaycan İnformasiya Agentliyi