Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xarici işlər naziri Valtonen qeyd edib ki, Ukrayna və ABŞ liderlərinin sülhü irəli aparmaq üçün görüşə hazırlaşdığı bir vaxtda Rusiya Kiyevin yaşayış məntəqələrinə və kritik infrastruktura qarşı genişmiqyaslı hücumlar həyata keçirib.

Onlarla qurbanın olduğunu, geniş elektrik kəsintilərinin yaşandığını və paytaxtın böyük hissəsinin qışın ortasında istiliksiz qaldığını vurğulayan Valtonen deyib: “Rusiyanın diplomatik səylərə cavabı dəyişməyib – Ukrayna şəhərlərini hədəf alan fasiləsiz pilotsuz uçuş aparatları və raket hücumları.”

Valtonen bu vəhşiliyin pislənməli olduğunu və beynəlxalq ictimaiyyətin buna biganə qalmamalı olduğunu vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp