Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının sədri Ursula von der Leyen Gələcək üçün Alyans təşəbbüsü çərçivəsində Aİ və Kanada arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atıldığını açıqlayıb.

Von der Leyen hər iki tərəfin rifahı və iqtisadi təhlükəsizliyi gücləndirmək məqsədilə rəqəmsal ticarət sazişi üzərində işlədiyini, kritik xammallara yatırımları artırmaq üçün Avropa İnvestisiya Bankı (EIB) ilə razılaşma əldə edildiyini bildirib.

Von der Leyen həmçinin Kanadanın Avropadakı superkompüterlərə çıxışının süni intellekt sahəsində əməkdaşlığı dərinləşdirəcəyini, kosmos və informasiya sahələrində də daha sıx əməkdaşlığın qurulacağını ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp