Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının sədri von der Leyen yüksək enerji xərcləri ilə mübarizə ilə bağlı açıqlama verib.

Von der Leyen enerji xərclərinin azaldılmasının prioritet olduğunu bildirərək, “Ən çox ehtiyacı olanları qorumaq və struktur problemləri həll etmək üçün çalışırıq”, - deyib.

Qısamüddətli tədbirlər üzərində işlədiklərini deyən von der Leyen bu tədbirlərin hər bir ölkənin özünəməxsus şəraitinə uyğun formalaşdırılacağını bildirib. O, təchizat təhlükəsizliyinin təmin edilməsi və qiymətlərin aşağı salınması üçün də işlərin aparıldığını qeyd edib.

Von der Leyen ötən həftə G7 üzvlərinin bazara 100 milyon barel dizel və xam neft buraxılması barədə razılığa gəldiyini bildirib. Avropa neft emalı zavodları ilə bağlı strateji dialoqa başlayacaqlarını açıqlayan von der Leyen enerji tələbatını birləşdirəcək yeni işçi qrupunun da yaradılacağını qeyd edib.

Von der Leyen həmçinin İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanında neft emalı zavodu və hava limanları da daxil olmaqla infrastrukturu hədəfə aldığını bildirib.

Bu hücumların bölgədə qeyri-sabitliyi artırdığını, yeni zorakılıq hallarını təhrik etdiyini və qlobal enerji təhlükəsizliyini zəiflətdiyini deyən von der Leyen, “Səudiyyə Ərəbistanı və Körfəzdəki tərəfdaşlarımızla həmrəyik”, - deyib.

Von der Leyen regional təhlükəsizliyin ayın sonunda Körfəz Əməkdaşlıq Şurası ilə keçiriləcək danışıqların əsas mövzusu olacağını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp