X (Twitter) giriş problemi
Sosial media platforması X (Twitter) bir müddətdir ki, giriş problemləri yaşayır.
Bugünkü günorta saatlarından etibarən, sosial media platforması X (Twitter)-ə giriş qeyri-sabitdir. Elon Musk-a məxsus platformaya bir çox istifadəçi daxil olmaqda çətinlik çəkir.
Səhər saatlarında da oxşar problemlər qeydə alınıb, lakin X hələ rəsmi bir açıqlama verməyib.
Azərbaycan İnformasiya Agentliyi